Logo

BANM ideathon yarışının qalibi oldu

15.10.2024 10:10 69 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) keçirilən “Bridging the Gap - Youth and Green Jobs Market” mövzusunda ideathon başa çatıb.

Yarışma COP29 çərçivəsində gənc nəslin yaşıl fəaliyyətə cəlb olunması məqsədilə təşkil edilib.

“Bakı İqlim Fəaliyyəti Həftəsi” çərçivəsində keçirilən tədbirin bağlanış mərasimində COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, eləcə də BMT İnkişaf proqramının (UNDP) Azərbaycandakı rezident nümayəndəsinin müavini Slobodan Tadic və COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova çıxış ediblər.

Çıxışçılar ideathon iştirakçılarını təbrik edərək, yarışın əhəmiyyətini vurğulayıblar. Gələcəyin yaşıllaşdırma siyasətində gənclərin rolu və təqdim etdikləri innovativ fikirlərin önəmini diqqətə çatdırıblar. Bu cür təşəbbüslərin ekoloji problemlərin həllinə və dayanıqlı inkişafın təmin edilməsinə müsbət təsir edəcəyi qeyd olunub.

Sözügedən yarışda ümumilikdə 15 komanda iştirak edib. Müsabiqənin nəticələrinə görə, I və II yeri Bakı Ali Neft Məktəbinin “Solar Sage” və “Green Path” komandaları tutub.

1-ci yerin qalibinə 3000 AZN, 2-ci yerin qalibinə 2000 AZN, 3-cü yerin qalibinə isə 1000 AZN mükafat verilib.

Qaliblərə mükafatı COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai təqdim edib.

Layihənin meneceri isə Nərgiz Əmrahovadır.

 


 

Xəbər lenti