Logo

İqlim dayanıqlılığını gücləndirmək üçün uşaqlara sərmayə qoyulmalıdır

14.10.2024 17:52 110 baxış
IMG

"İqlim dayanıqlığını gücləndirmək üçün insan inkişafına qoyulan sərmayələr uşaqlara sərmayə qoymaqla başlamalıdır".

Bunu UNICEF-in Azərbaycandakı Nümayəndəsi Saca Faruq Abdullah Pre-COP29 çərçivəsində keçirilən “Dayanıqlı və Davamlı Gələcəyin Gücləndirilməsi: İqlim Fəaliyyətində İnsan İnkişafının Rolu” adlı tədbirdə iştirakı zamanı deyib.

O bildirib ki, UNICEF yalnız Azərbaycan və əvvəlki COP prezidentliklərinə iqlimi təhsil sistemlərinə inteqrasiya etmək üçün dəstək göstərmir, eyni zamanda bütün qitələrdə iqlimin təsirlərindən zərər çəkmiş uşaqların iqlim təhsili, iqlim adaptasiyası üçün yaşıl bacarıqlara çıxışını təmin etmək və iqlim şoklarına dözə bilən təhlükəsiz mühitlərdə öyrənmələrini dəstəkləyir.

"Biz Azərbaycanda Elm və Təhsil Nazirliyi ilə birlikdə bir neçə təhsil təşəbbüsünü həyata keçiririk. Bunlardan biri olan “STEAM vasitəsilə yaşıl bacarıqlar” layihəsidir. Bu layihə, azərbaycanlı uşaqlara elm və texnologiyalar sahəsində istedadlarını kəşf etməyə və icmalarının ehtiyaclarını qarşılamaq üçün ekotexnologiyaların inkişafını təşviq etməyə imkan yaradır", - deyə o qeyd edib.

Xəbər lenti