Logo

Yaponiya Araşdırmalar Mərkəzində interaktiv şəkildə Yapon dili dərsi keçirilib

16.10.2024 15:31 28 baxış
IMG

Azərbaycan Dillər Universitetinin Diplomatik xarici dillər kafedrasının təşəbbüsü ilə yaradılmış “Beynəlxalq danışıq klubu” çərçivəsində BMR fakültəsinin Yaponiyaşünaslıq  ixtisasında təhsil alan I kurs tələbələri ilə Yaponiya Araşdırmalar Mərkəzində interaktiv şəkildə Yapon dili dərsi keçirilib.

Dərsdə Diplomatik xarici dillər kafedrasının yapon dili müəllimi Xanım Xəlilova ilə birgə Yaponiyadan təşrif buyuran yapon dili müəllimi Maki Sensei də iştirak edib.

Maki Sensei tələbələrə əlifbanı təkrar etdirib, yapon dilinin yazı sistemində mövcud olan bir sıra maraqlı məlumatları da tələbələrin nəzərinə çatdırıb.

Dərsdə tələbələr özləri haqqında qısa məlumat verməyi, hərfləri düzgün yazmağı və çoxlu yeni ifadələr öyrəniblər.

Dərs zamanı Yapon mədəniyyəti haqqında məlumatlar da tələbələrin nəzərinə çatdırılıb.

Tələbələr həmçinin öz adlarını da yapon dilində yazmağı və tələffüz etməyi öyrəniblər.
  Qeyd edilib ki, keçirilən dərslər tələbələrimizin yapon dilində şifahi nitqlərinin inkişafına, yapon mədəniyyəti ilə daha yaxından tanış olmalarına, yapon dilini mükəmməl səviyyədə öyrənməyə və  Yaponiyada təhsil almalarına təkan verir.

Xəbər lenti