Logo

“Müəllim - həyatda lider” adlı dəyirmi masa keçirilib

16.10.2024 16:32 40 baxış
IMG

Çeçenistan Dövlət Pedaqoji Universitetində (ÇDPU) “Müəllim — həyatda lider” adlı beynəlxalq tələbə dəyirmi masası keçirilib.

 Dəyirmi masada ÇDPU-nun professor-müəllim heyəti, tələbələri, Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müdiri dos.Nigar Zeynalova, Tələbə Gənclər Təşkilatının sədri Nicat Əliyev və ADU-dan 4 nəfər tələbə iştirak edib.

 Görüş zamanı hər iki universitetin nümayəndələri multikultural təhsilin əsas vəzifəsinin mədəniyyətlərarası ünsiyyət vasitəsi olan, dövlət dilini bilən, digər dillərdə ünsiyyət qurmağı bacaran və milli mədəniyyətini təbliğ edən şəxsiyyət formalaşdırmağın səmərəli yolları barədə müzakirələr aparıblar.

Qeyd edək ki, tədbir Rusiya Federasiyası Maarif Nazirliyinin dəstəyi ilə beynəlxalq əməkdaşlıq və beynəlxalq təhsil əlaqələrinin gücləndirilməsi çərçivəsində təşkil olunub.

Xəbər lenti