Logo

Astronavtika Konqresi gənc mütəxəssislər üçün kosmik elmi platformadır

16.10.2024 16:48 38 baxış
IMG

Beynəlxalq Astronavtika Konqresi gənc mütəxəssislərin təcrübə qazanması üçün yüksək səviyyəli kosmik elmi platformadır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milanda keçirilən 75-ci Beynəlxalq Astronavtika Konqresində ölkəmizi təmsil edən milli elmi komandanın üzvü, Azərbaycan Texniki Universitetinin tələbəsi Telman Məmmədov deyib.“SABAH” qruplarının bakalavriat səviyyəsinin tələbəsi Milan Konqresinə biomühəndislik bitkiləri ilə mikro qravitasiya mühitində karbonun idarə olunmasına dair elmi məqalə təqdim etdiyini bildirib: “Elmi məqaləm 75-ci Beynəlxalq Astronavtika Konqresinə qəbul olundu. Şadam ki, ölkəmizi belə böyük kosmik elmi platformada təmsil edirəm. Konqresdə iştirakıma dəstək olan “Azərkosmos”a və digər dövlət qurumlarına təşəkkürümü bildirirəm”.

Xəbər lenti