Logo

“Məktəblər üçün PISA” tədqiqatına start verilib

16.10.2024 15:35 33 baxış
IMG

“Məktəblər üçün PISA” tədqiqatı 16 oktyabr tarixindən etibarən keçirilməyə başlayıb. Layihənin əsas məqsədi 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə sahələrindəki bilik və bacarıqlarını qiymətləndirmək, eləcə də bu bacarıqları real həyatda tətbiq etmə qabiliyyətlərini müəyyənləşdirməkdir.

PISA-nın ümumi məqsədi ölkələrin təhsil səviyyəsini müqayisə etməyə və təhsil siyasəti ilə bağlı qərarların formalaşdırılmasına dəstək verməkdir. “Məktəblər üçün PISA” tədqiqatı isə hər bir təhsil müəssisəsinin nəticələrini ayrı-ayrılıqda dəyərləndirir. Bu tədqiqat təhsil müəssisələrinə öz nəticələrini digər ölkələrin oxşar müəssisələri ilə müqayisə etmək, tədrisin keyfiyyəti barədə daha ətraflı məlumat əldə etmək və təkmilləşdirmə tədbirləri görmək imkanı verir.

Azərbaycanda “Məktəblər üçün PISA” tədqiqatı Təhsil İnstitutu tərəfindən təşkil olunur. Tədqiqatda 200 təhsil müəssisəsindən təxminən 8400 şagirdin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, imtahan mərhələsi 8 noyabra qədər davam edəcək.

Xəbər lenti