Logo

Şahin Bayramov türkiyəli həmkarları ilə əməkdaşlıq məsələlərini müzakirə edib

17.10.2024 11:43 46 baxış
IMG

Qarabağ Universitetinin rektoru Şahin Bayramov 9-10 oktyabr tarixlərində Türkiyəyə səfəri çərçivəsində Ankarada 2024-2025-ci tədris ilinin açılış mərasimində iştirak edib.

 Türkiyə Ali Təhsil Şurası (YÖK) tərəfindən Cümhuriyyət Külliyəsində təşkil olunan tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək yeni tədris ilində akademik heyətə və tələbələrə uğurlar arzu edib. R.Ərdoğan YÖK-ün 2024-cü il Üstün Müvəffəqiyyət Mükafatlarının veriləcəyi elm adamlarını və universitetləri təbrik edib.

Səfər çərçivəsində Şahin Bayramov Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyevlə birlikdə Ankara Hacı Bayram Veli Universitetində (AHBVU) olub. Qarabağ Universitetinin rektoru həmkarı prof.dr. Mehmet Naci Bostancı universitetlər arasında potensial əməkdaşlıq imkanlarını müzakirə edib, bir sıra məsələlərdə ilkin razılıq əldə olunub.

Şahin Bayramov səfər çərçivəsində Qazi, Ankara və Hacettepe universitetlərində də olub.

O, türkiyəli həmkarlarına Qarabağ Universitetinin fəaliyyəti, ali təhsil müəssisəsinin strateji hədəfləri barədə məlumat verib. Görüşdə, həmçinin Qarabağ Universitetinin kadr hazırlığı istiqamətləri və ikitərəfli əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.

Xəbər lenti