Logo

BSU və Azərbaycanın Almaniyadakı Səfirliyinin təşkilatçılığı ilə Berlin şəhərində elmi konfrans keçirilib

17.10.2024 17:13 41 baxış
IMG

Oktyabrın 16-da Almaniya Federativ Respublikasının Berlin şəhərində yerləşən Azərbaycanın Almaniyadakı Səfirliyinin Mədəniyyət Mərkəzinin və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə “Germanistikanın yeni yolları: Alman dili və ədəbiyyatı Azərbaycanda” adlı elmi konfrans keçirilib. Tədbirdə BSU-nun rektoru Anar Nağıyev və universitetin bir sıra əməkdaşı iştirak edib.

Konfransın açılış mərasimində BSU-nun rektoru Anar Nağıyev və Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev çıxışlarında Azərbaycan-Almaniya elmi və mədəni əlaqələrinin əhəmiyyətini vurğulayıblar.

Elmi müzakirələr Germanistika sahəsinin tanınmış mütəxəssisləri və professorları Ziglinda Hartman, Cemal Yıldız, Leyla Coşan, Eva Maria Auch, Sevinc Rzayeva, Fatimə Salimova, Ernest Hess-Lüttich, Aleksandr Kartozianın çıxışları ilə davam edib.

Xəbər lenti