Logo

Nazir müavini Kənan Kərimzadə Cəlilabadda vətəndaşları qəbul edib

17.10.2024 17:32 58 baxış
IMG

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə oktyabrın 17-də Cəlilabad rayonunda vətəndaşları qəbul edib. 

Qəbuldan əvvəl Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovla birgə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Cəlilabad sakinlərinin iştirak etdiyi qəbulda vətəndaşlar daha çox şəhid adlarının təhsil aldıqları məktəblərə verilməsi, yeni məktəb binasının tikintisi, tələbələrin köçürülməsi və işlə təmin olunma məsələləri ilə bağlı müraciətlər ediblər.

Nazir müavini Kənan Kərimzadə qəbula yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib.

Xəbər lenti