Logo

MEK-də Füzuli Şəhəri Günü qeyd olunur

17.10.2024 15:43 49 baxış
IMG

2020-ci il oktyabrın 17-si, Vətən müharibəsinin 21-ci günü Füzuli şəhəri və ətraf kəndləri erməni işğalından azad edilib. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli Şəhəri Günü kimi qeyd olunur. Bununla əlaqədar olaraq AMEA Mərkəzi Elmi Kitabxanasınının Qarabağ müharibəsi qəhrəmanları fondunda Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələrini uca tutmaq məqsədilə guşə yaradılıb.

Burada Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edilməsi uğrunda canından keçən şəhidlərin şəkilləri və onlar haqqında məlumatlar, eləcə də şəhərin tarixi haqqında kitabxananın fondunda olan nəşrlərdən bir neçəsi təqdim edilib.

Xəbər lenti