Logo

BSU-da müəllimlər üçün seminar keçirilib

17.10.2024 14:12 43 baxış
IMG

Bakı Slavyan Universitetində (BSU) Təhsil fakültəsinin ixtisasları üzrə dərs deyən müəllimlər üçün “İnteraktiv dərslərin təşkili” mövzusunda seminar keçirilib. Təlimi Pedoqogika və Psixologiya kafedrasının müdiri, professor Piralı Əliyev aparacaq.

Seminarın əsas məqsədi müasir təhsil metodologiyasında interaktiv yanaşmanın əhəmiyyətini vurğulamaq və müəllimlərə bu istiqamətdə praktik bilik və bacarıqlar qazandırmaqdır. Təlimin gedişatında interaktiv dərs metodlarının tətbiq qaydaları, tələbə-müəllim əlaqələrinin daha səmərəli qurulması yolları və tədris prosesində innovativ texnologiyalardan istifadə məsələləri müzakirə ediləcək.

Xəbər lenti