Logo

BDU Türkiyənin Ankara Yıldırım Beyazıt Universiteti ilə “Erasmus” mübadilə protokolu imzalayıb

17.10.2024 16:23 42 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyə Respublikasının Ankara Yıldırım Beyazıt Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.

Müqavilə çərçivəsində bakalavr, magistr, tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.

Ankara Yıldırım Beyazıt Universitetinin əsası 2010-cu ildə qoyulub. 15 fakültə, 5 institut, 1 kollec, 4 peşə məktəbi, 27 tədqiqat mərkəzi və 1 konservatoriyanın fəaliyyət göstərdiyi universitetdə 25000-ə yaxın tələbə təhsil alır.

Xəbər lenti