Logo

BDU ilə Pakistanın Superior Universiteti arasında anlaşma memorandumu imzalanıb

17.10.2024 11:20 44 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) və Pakistan Respublikasının Superior Universiteti arasında anlaşma memorandumu imzalanıb.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Superior Universitetinin rektoru Sumaira Rehman imzalayıb.

Memorandumda hǝr iki universitetin nǝzdindǝ olan fakültǝ, institut vǝ kolleclǝrdǝ təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Bununla yanaşı, elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramlar, tədris planları və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də memorandumda öz əksini tapıb.

Əsası 2000-ci ildə əsası qoyulmuş Superior Universiteti Pakistanın nüfuzlu universitetlərindən biridir. Superior Universiteti ”QS Cənubi Asiya reytinqi”ndə 258-ci pillədə qərarlaşır.

Xəbər lenti