Logo

182 nömrəli məktəbə elektrik və suyun verilməsi bərpa olunub

17.10.2024 10:00 50 baxış
IMG

Bakı şəhəri 182 nömrəli tam orta məktəbə elektrik enerjisinin verilməsində yaranmış fasilə ilə bağlı məlumat daxil olduqdan dərhal sonra  zəruri tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, yaranmış problem tamamilə aradan qaldırılıb, məktəbə elektrik enerjisi və suyun verilməsi bərpa olunub.

Sabahdan etibarən məktəbdə tədris prosesi davam edəcək.

“182 nömrəli tam orta məktəbə elektrik enerjisinin verilməsində yaranmış fasilə ilə bağlı aidiyyəti üzrə müvafiq qurumlara müraciət olunub”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) “Azərbaycan müəllimi”nə verilən məlumata görə, məsələnin qısa zamanda həll edilməsi üçün zəruri tədbirlər həyata keçirilir.

Rəsmi məlumata görə, hazırda məktəbdə tədris prosesi davam edir.

Qeyd edək ki, məktəbdə 3 gündür elektrik enerjisinin verilməsində problem yarandığına dair məlumatlar yayılıb.

Xəbər lenti