Logo

ARTİ əməkdaşları tərəfindən təhsilalanlar üçün simulyasiya təlimi təşkil olunub

19.10.2024 10:31 25 baxış
IMG

17 oktyabrda ARTİ-nin təşkilatçılığı ilə COP29 çərçivəsində Sumqayıt şəhərində yerləşən Qubadlı rayonu H.Quliyev adına texniki fənlər təmayüllü Çaytumas kənd məktəb-liseyində və Qubadlı şəhər Q. İlyasov adına 1 nömrəli tam orta məktəbdə təhsilalanar üçün “Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi” mövzusunda simulyasiya təlimi keçirilib.

Qubadlı rayonu H.Quliyev adına texniki fənlər təmayüllü Çaytumas kənd məktəb-liseyində ARTİ əməkdaşları Xalidə Hüseynova və Ləman Hacıyeva həmin məktəb-liseyin müəllimləri Sevil Məmmədova və Türkan Rzayeva ilə 8-ci siniflər üzrə mövzu ilə bağlı dərs prosesində simulyasiya ediblər.

Qubadlı şəhər Q. İlyasov adına 1 nömrəli tam orta məktəbdə isə ARTİ əməkdaşı Arzu Əsədova və həmin məktəbin müəllimi Nigar Aslanzadə 8-ci sinif üzrə “Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi” mövzusunda açıq dərs keçiblər.

Hər iki ümumtəhsil müəssisəsində birgə əməkdaşlıqla keçən təlim prosesində şagirdlərə COP29-un ölkəmiz üçün iqtisadi, siyasi, ekoloji əhəmiyyəti ilə yanaşı, Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi, karbon emissiyasının azaldılmasında təbii qazın rolundan bəhs olunub. Azərbaycanın “yaşıl vədləri”, “yaşıl iqtisadiyyat”, “yaşıl enerji”, “yaşıl zona” mövzuları şagirdlərlə geniş müzakirə edilib və suallar cavablandırılıb.

 

Xəbər lenti