Logo

Masadar(ofisiant), önürlük(qalstuk) kimi yeni sözlər dilimizə daxil olacaqmı?

18.10.2024 14:58 26 baxış
IMG

Azərbaycan dilinin öz imkanları hesabına masadar(ofisiant), önürlük(qalstuk), hopmac(salfetka), yalınayaq(bosonojka), belçək (kolqotka), qabgah(servant) kimi yeni sözlər yaradılıb.
Bəs bu sözlərin ümumiişlək olması gözlənilirmi?

Filologiya üzrə fəlsəfə doktoru Dürdanə Rəhimzadə bildirib ki, bu sözlər polot layihədir. 2026-cı ildə lüğətə salınıb salınmayacağı hələ məlum deyil:

"Bu, bir layihədir. Təhsil Nazirliyinin pilot layihəsi kimi orta məktəbdə tədris olunur. Bu sözlər hələki lüğətdə yoxdur.Uğurlu sözlər var, amma uğurlu olmayanlar da var. Yəni, bu bir seçimdir. 2026-cı ildə orfoqrafiya lüğəti çıxacaq. Layihə müəllifləri hesab edir ki, Təhsil Nazirliyinin layihəsi olduğuna və müəyyən məktəblərdə tədris olunduğuna görə işləklik qazanmalıdır. İşləklik qazaması üçün istifadəyə buraxılıb".


 

Xəbər lenti