Logo

Laçın məktəbliləri "Hüquq" olimpiadasının qalibi oldular

18.10.2024 15:30 29 baxış
IMG

Konstitusiya Məhkəməsi, Elm və Təhsil Nazirliyi, İdman və Gənclər Nazirliyinin birgə təşkilatçılığı ilə işğaldan azad olunmuş torpaqlarda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin X-XI sinif şagirdləri arasında "Zəfər çalmış dövlətin Əsas Qanunu" mövzusunda "Hüquq" olimpiadası keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, olimpiada da Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə 40 şagird iştirak edib. Onlardan 3-ü I, II, III yerləə layiq  görülüb. 

Qalib adını qazananlar Laçın şəhər 2 nömrəli tam orta məktəbin şagirdləridir. Belə ki, adıçəkilən təhsil müəssisəsinin XI sinif şagirdi Fərid Alızadə I, X sinif şagirdləri - Saleh Kərimzadə II, Nərmin Nağızadə isə III yerin qalibi olub. 

İştirakçılar Xankəndi şəhərinə Qarabağ Universitetində təltifetmə mərasiminə dəvət edilərək qiymətli hədiyyələrlə təltif ediliblər. 

Mərasimdə bir neçə şagirdə həvəsləndirici mükafat da təqdim olunub.

Xəbər lenti