Logo

AzMİ BIPM-in təşkilatçılığı ilə milli metrologiya institutlarının növbəti iclasında iştirak edib

23.10.2024 11:33 50 baxış
IMG

Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun (BIPM) təşkilatçılığı ilə Fransanın Paris şəhərində milli metrologiya institutlarının rəhbər və nümayəndələrinin 23-cü iclası keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, Almaniya, Fransa, ABŞ, İspaniya, Böyük Britaniya, Yaponiya, Çin, Türkiyə və digər üzv dövlətlərin qatıldığı iclasda ölkəmizdən Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) baş direktoru Xamis Seyranov da iştirak edib.

Hibrid formada keçirilən iclasda BIPM və Çəkilər və Ölçülər üzrə Beynəlxalq Komitənin (CIPM) fəaliyyət istiqamətləri, metrologiya sahəsində süni intellekt, rəqəmsal vasitələr və kvant texnologiyasından istifadənin önəmi, eləcə də beynəlxalq və regional əməkdaşlıqlar çərçivəsində görülən işlər müzakirə edilib.

Bundan əlavə, iclas zamanı “Gənc metroloqların inkişafı” proqramı çərçivəsində görülən işlər və BIPM-in gələcək fəaliyyətinə dair “İnkişaf Strategiyası” haqqında iştirakçılara məlumat verilib.

Tədbirdə BIPM-ə üzv ölkələr, o cümlədən Cənubi Koreya, Çin və Özbəkistandan olan nümayəndələrlə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Xəbər lenti