Logo

İqrar Nəzərov: STEAM layihəsi üzrə şagird sayının 300 minə çatdırılması nəzərdə tutulur

24.10.2024 13:33 66 baxış
IMG

Builki festivalın final mərhələsinə ümumilikdə 244 komanda üzrə 900-dən çox iştirakçı qatılıb. Onlardan 146-sı Böyük Britaniya, Türkiyə, Pakistan, Türkmənistan, Qazaxıstan, Çexiya, Slovakiya və ABŞ da daxil olmaqla 15 ölkəni təmsil edir.

TƏHSİL.BİZ  xəbər verir ki, bunu STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərov Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasimində deyib.

Onun sözlərinə görə, məzmunun hazırlanması və iştirakçıların qiymətləndirilmə prosesində Danimarka, Slovakiya, Kanada və Türkiyə daxil olmaqla, ümumilikdə 10 müxtəlif ölkədən 17 münsif iştirak edir: “Festival çərçivəsində 9 kateqoriya üzrə yarış və sərgi-yarışlar təşkil olunacaq. Yarışlar “Yaşıl təşəbbüslər”, “Yaşıl kodlaşdırma” “Hidrogen maşınların yarışı”, “Dron texnologiyaları”, “Bizim peykimiz”, “Robotların mübarizəsi”, “Gələcəyin mühəndisləri” və digər bu kimi mövzuları əhatə edəcək.

Hazırda STEAM layihəsi ölkə üzrə 398 məktəb və 252 min 711 şagirdi əhatə edir. Ölkədə 20-dən çox STEAM Mərkəzi fəaliyyət göstərir. Layihə üzrə şagird sayının 2026-cı ilə kimi 300 minə çatdırılması nəzərdə tutulur”.

Xəbər lenti