Logo

“Azərbaycan menecmenti” mövzusunda tədbir keçirilib

13.04.2025 16:23 119 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Müasir İdarəçilər” və “Gənc Menecerlər” klublarının birgə təşkilatçılığı ilə “Azərbaycan menecmenti” mövzusunda tədbir keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, tədbirdə DİA-nın İnzibati idarəetmə fakültəsinin dekanı, dosent, “Müasir İdarəçilər” və “Gənc Menecerlər” klublarının ideya müəllifi və qurucusu Elnur Əliyev çıxış edərək menecment sahəsində gənclərin hazırlığının vacibliyini vurğulayıb. Dekan qeyd edib ki, gələcəyin uğurlu idarəçilərinin formalaşması üçün tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlarla da yiyələnməsi zəruridir və bu cür təşəbbüslər həmin məqsədə xidmət edir.

Daha sonra seminarın fəxri qonağı Milli Məclisin deputatı Şahin Seyidzadə çıxış edərək Azərbaycanda menecmentin inkişafı, idarəetmədə müasir yanaşmalar və strateji planlama haqqında geniş məlumat verib, tələbələrin suallarını cavablandırıb.

Tədbir “Müasir İdarəçilər” klubunun sədri Misir Məmmədov və “Gənc Menecerlər” klubunun sədri Fatiməxanım Quliyevanın moderatorluğu ilə davam edib.

Xəbər lenti