Logo

Milli Kitabxanada “Şərqşünas alim Aida İmanquliyeva” adlı kitab sərgisi keçirilir

10.10.2024 12:17 242 baxış
IMG

Görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günü münasibətilə Milli Kitabxanada “Şərqşünas alim Aida İmanquliyeva” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kitabxanadan TƏHSİL.BİZ -ə bildirilib ki, virtual sərgidə Aida İmanquliyevanın əsərləri, dövri mətbuat səhifələrində dərc olunan məqalələri, onun haqqında əsərlər və fotolar təqdim olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgidə alimin əsərləri, fundamental elmi tədqiqatları, dəyərli, sanballı monoqrafiyaları, tərcümələri, həyatı və genişmiqyaslı elmi yaradıcılığı, şərqşünaslıq elminin inkişafındakı xidmətlərindən bəhs edən Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Ənənəvi sərgi bir həftə davam edəcək.

Xəbər lenti