Logo

Türk dilləri ilə bağlı yeni monoqrafiya çapdan çıxıb

25.10.2024 12:36 76 baxış
IMG

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin hazırladığı “Türk dillərinin funksional morfologiyası” adlı kollektiv monoqrafiya çap olunub.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, kollektiv monoqrafiyada dil funksional-semantik sahələr sistemi kimi təqdim olunur və öyrənilir. Nəşrdə müasir türk dillərinin morfoloji quruluşu təsvir olunur, nitq hissələrinin və onların qrammatik kateqoriyalarının ayrı-ayrılıqda xarakterik xüsusiyyətləri müəyyənləşdirilir. Əsərdə ənənəvi morfologiyadan fərqli olaraq funksional morfologiya, eləcə də funksional-semantik kateqoriyaların, koqnitiv morfologiyanın, həmçinin morfosintaksisin də təhlilinə yer ayrılıb.

Nəşrin elmi redaktorları professorlar Nadir Məmmədli və İsmayıl Kazımov, filologiya elmləri doktoru Aynel Məşədiyeva, rəyçiləri professor Şükrü Haluk Akalın, filologiya elmləri doktoru Qətibə Mahmudova və dosent Elnarə Əliyevadır.

Kitabdan dilçi alimlər, doktorantlar, türk dillərinin morfologiyası ilə məşğul olan hər kəs istifadə edə bilər.

Xəbər lenti