Logo

Gürcüstanlı alimlər Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ilkin sınaq eksperimentləri aparıblar

28.12.2024 16:51 98 baxış
IMG

Tbilisi Dövlət Universiteti R.Aqladze adına Qeyri-üzvi Kimya və Elektrokimya İnstitutunun alimləri Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda olublar.

Kataliz və Qeyri-üzvi Kimya İnstitutundan TƏHSİL.BİZ -ə bildirilib ki, gürcüstanlı alımlər 3 saylı Nanoelektrokimya və elektrokataliz laboratoriyasının müdiri professor Akif Əliyev və laboratoriya əməkdaşları ilə birgə elmi-tədqiqat işləri aparmaq üçün mövcud və gələcək planları müzakirə ediblər.

Birgə elmi əməkdaşlıq son dövrün qlobal problemlərindən olan – yaşıl enerji və dekarbonizasiya problemlərini əhatə edir. Bu mövzuda qonaqlar və laboratoriya əməkdaşları arasında suyun elektrolizi ilə “Yaşıl” hidrogenin və dekarbonizasiya prosesləri üçün daha perspektivli elektrokatalizatorların seçilməsi, onların sintezi, elektrokatalitik, korroziyaya davamlılıq və digər xassələrinin tədqiqi barədə gələcək əməkdaşlıq mövzusunda müxtəlif diskussiyalar aparılıb.

Gürcüstan alimləri 3 saylı laboratoriyanın təchizatı və mövcud imkanları ilə tanış olublar. Həyata keçiriləcək birgə əməkdaşlıq planı çərçivəsində laboratoriyada gürcü alimlərin iştirakı ilə ilkin sınaq eksperimentləri aparılıb və onlardan bəzilərindən müsbət nəticələr əldə edilib.

Xəbər lenti