Logo

Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

28.12.2024 16:58 96 baxış
IMG

2024-2025-ci tədris ilinin birinci yarımilinin yekunlaşması ilə əlaqədar olaraq gələn ilin 6 yanvar, saat 15:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi sistemi vasitəsilə valideynlər tərəfindən yeni sorğuların verilməsi prosesi müvəqqəti dayandırılacaq.

TƏHSİL.BİZ xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, valideynlər 9 yanvar 2025-ci il saat 15:00-a qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan müvafiq sənədləri ümumi təhsil müəssisələrinə təqdim etməlidirlər. Göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.

Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının yaxınlaşdığını nəzərə alaraq, XI siniflər üçün şagird yerdəyişməsi 6 yanvar 2025-ci il tarixindən tədris ilinin sonunadək aktiv edilməyəcək. Məktəbəhazırlıq qrupları və I-X siniflər üzrə yerdəyişmə prosesinin yenidən aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


 

Xəbər lenti