Logo

“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri açıqlanıb

28.12.2024 16:59 128 baxış
IMG

Elm və Təhsil Nazirliyi tərəfindən 2024-cü ildə həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri açıqlanıb.

TƏHSİL.BİZ  xəbər verir ki, müsabiqəyə ümumilikdə 112 layihə təqdim olunub. Bütün layihələr əvvəlcə texniki ekspertiza mərhələsindən keçirilib və nəticədə onlardan 109-u məzmun qiymətləndirilməsi mərhələsinə buraxılıb. Məzmun qiymətləndirilməsi mərhələsində layihələr 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan layihələr Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli 652 nömrəli  Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondu ilə razılaşdırılıb. Nəticə etibarı ilə qeyri-hökumət təşkilatları tərəfindən daxil olmuş 15 layihəyə qrant ayrılıb.
 

Müsabiqə nəticəsində qrant ayrılmış layihələrlə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/28%20December%202024/a414cfcc-1e0e-4a89-a3be-f82fadce61a4_Screenshot%202024-12-28%20164139.png


 

Xəbər lenti