Logo

AMEA-nın prezidenti Gürcü Ədəbiyyatı İnstitutunun tədbirində çıxış edib

28.12.2024 17:41 88 baxış
IMG

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun keçirdiyi tədbirdə çıxış edib.

Bu barədə TƏHSİL.BİZ-ə AMEA-dan məlumat verilib.

“Zoom” platforması üzərindən keçirilən görüşdə Gürcü Ədəbiyyatı İnstitutunu direktor müavini professor Maka Elbakidze və institutun Rusiya Tədqiqatları Mərkəzinin rəhbəri İvane Amirxanaşvili və başqaları təmsil ediblər.

Akademik İsa Həbibbəyli AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu ilə sıx əməkdaşlıq edərək birgə layihələr həyata keçirdiyini söyləyib. Qeyd edib ki, elmi müəssisələrin əməkdaşlarının 2017-2020-ci illərdə Nizami Gəncəvi və Şota Rustaveliyə dair apardıqları birgə tədqiqatların nəticəsi “Nizami Gəncəvi və Şota Rustaveli” monoqrafiyasında əksini tapıb və bu kitab 2021-ci ildə Bakıda və Tbilisidə Azərbaycan, gürcü və ingilis dillərində nəşr olunub.

Akademik İsa Həbibbəyli, həmçinin tərəflər arasında mövcud əməkdaşlıq və gələcəkdə həyata keçirilməsi mümkün olan layihələr barədə də təkliflərini səsləndirib.

Gürcü alimlər çıxışlarında Ədəbiyyat İnstitutu ilə Gürcü Ədəbiyyatı İnstitutunun əməkdaşlıq əlaqələrindən danışıblar. Bu əməkdaşlıq üzrə yüksək elmi nəticələrin əldə olunduğunu bildirən gürcü alimlər birgə layihələrə dair fikirlərini bölüşüblər.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Xəbər lenti