Logo

İlahiyyat Kollecinə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

28.06.2024 18:56 205 baxış
IMG

Bakı İlahiyyat Kollecinin Dini mənəvi xidmət ixtisasına qəbul olmaq üçün qeydiyyatdan keçmiş abituriyentlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, dini mənəvi xidmət ixtisasına qəbul olmaq istəyən abituriyentlərin müsahibədə iştirak etməsi üçün 26 nəfər qeydiyyatdan keçib. Ərizə qəbulu mayın 15-29-da aparılıb.

Dini mənəvi xidmət ixtisası üzrə Dini-Psixoloji Komissiya iyulun 4-də Azərbaycan İlahiyyat İnstitutunda (ünvan: Bakı ş., Yasamal rayonu, Məhəmməd Naxçıvani küç., 29) fəaliyyət göstərəcək. İştirakçılar saat 09:00-da şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi ilə birlikdə imtahan binasının qarşısında olmalıdırlar.

Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin islamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri yoxlanılacaq.

Müsahibədən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı tam orta təhsil bazasında orta ixtisas təhsili səviyyəsinə aid digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutu yanında İlahiyyat Kollecinin dini mənəvi xidmət ixtisasını da seçə bilərlər.

Xəbər lenti