Logo

UFAZ-da magistratura proqramlarına qeydiyyatın birinci mərhələsi tezliklə başlayacaq

22.10.2024 16:38 43 baxış
IMG

UFAZ-ın 2024/2025-ci tədris ili üçün magistratura proqramlarına qeydiyyatın birinci mərhələsi tezliklə başlayacaq. UFAZ aşağıdakı ixtisaslar üzrə tam təqaüdlər təklif edir.

TƏHSİL.BİZ  xəbər verir ki, UFAZ Magistratura pilləsində aşağıdakı ixtisaslar üzrə tam dövlət sifarişli təhsil təklif edir :

  • Verilənlər Elmi və Süni İntellekt
  • Fiziki Kimya/Kimya Mühəndisliyi
  • Yer Elmləri

Növbəti tədris ilindən etibarən nəzərdə tutulan əsas yenilik odur ki, magistratura dərslərinin artıq yeni saatda - saat 17:00-da başlaması nəzərdə tutulur. UFAZ məzunları ADNSU və Strasburq universitetinin diplomlarını əldə edir. Bütün magistratura tələbələri istehsalat təcrübələrini Fransanın müxtəlif elmi laboratoriyalarında keçmək imkanına malikdirlər.

Qeydiyyat üçün https://admission.ufaz.az portalına daxil ola bilərsiniz.

Onlayn qeydiyyat 1 noyabr, 2024-cü il tarixindən 31 yanvar, 2025-ci ilə qədər davam edəcək. Birinci mərhələnin nəticələrinin 25 fevral, 2025-ci ildə elan olunması nəzərdə tutulur.

Xəbər lenti