Dekabrın 22-də keçirilən Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsində Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin 935 şagirdi yarımfinalda iştirak hüququ qazanıb.
İdarədən TƏHSİL.BİZ -ə verilən məlumata görə, onların 281 nəfəri Bərdə, 223 nəfəri Ağdam, 126 nəfəri Ağcabədi, 131 nəfəri Füzuli, 67 nəfəri Tərtər, 55 nəfəri Şuşa, 19 nəfəri Xocavənd, 19 nəfəri Xankəndi, 14 nəfəri Xocalı məktəblisidir.
Məlumat üçün bildirək ki, ötən il bu göstərici cəmi 494 nəfər olub.