Logo

Bakı Biznes Universitetinə institusional akkreditasiya şəhadətnaməsi təqdim edilib

23.01.2025 14:32 53 baxış
IMG

Bakı Biznes Universitetində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) rəhbərliyi və  universitetinin struktur bölmə rəhbərləri arasında görüş keçirilib. 

TƏHSİL.BİZ xəbər verir ki, görüşün keçirilməsində məqsəd Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarı ilə Bakı Biznes Universitetinin institusional akkreditasiya qiymətləndirməsindən keçməsi münasibətilə akkreditasiya şəhadətnaməsinin  təqdim edilməsindən ibarət olub. Görüşdə TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov, Akkreditasiya və lisenziya şöbəsinin müdiri Samir Quliyev və şöbənin əməkdaşı Nigar Əsgərova iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Bakı Biznes Universitetinin rektoru İbad Abbasov universitetin nailiyyətləri, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində əldə edilən uğurlar və yeni təcrübələrdən bəhs edib.

TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov çıxışında Bakı Biznes Universitetinin institusional akkreditasiya qiymətləndirməsindən keçməsi münasibətilə universitetin kollektivini səmimi qəlbdən təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Tədbirin sonunda Tural Əhmədov tərəfindən akkreditasiya şəhadətnaməsi rektor İbad Abbasova təqdim edilib.

 

 

 

 


 

Xəbər lenti