Logo

Təhsilin İnkişafı Fondu “Təhsil və Texnologiya sərgisi BETT2025”-də iştirak edir

23.01.2025 16:05 52 baxış
IMG

Təhsilin İnkişafı Fondunun (TIF) İdarə Heyətinin sədri Elnur Nəsibov Londonda keçirilən beynəlxalq “Təhsil və Texnologiya sərgisi BETT2025”-də iştirak edir.

Bu barədə TƏHSİL.BİZ -ə TİF-dən məlumat verilib.

Belə ki, BETT dünya miqyasında təhsil sektorunda yeni texnologiyaların tətbiqi və innovativ həllərin müzakirəsi üçün əhəmiyyətli və ən böyük platformadır.

BETT2025-in əsas məqsədi – təhsil və texnologiyanın birləşdiyi nöqtələrdə, müasir tədris metodlarının və rəqəmsal alətlərinin araşdırılmasıdır. Bu ilki sərgi, təhsil sahəsində aparıcı yenilikləri təqdim etməklə yanaşı, təhsil işçiləri, texnoloji ekspertlər arasında müzakirələrə və əməkdaşlığa imkan yaratmaq məqsədi daşıyır.

Fondun İdarə Heyətinin sədri Elnur Nəsibov sərgi zamanı “Təhsildə innovativ metodlar”, “Təhsil və tərəfdaşlıq”, “Təhsil trendləri və süni intellekt dövrü”, “Təhsildə bərabərlik”, Ədalətli təhsil imkanları”, “Qızlar və texnologiya”, “Məktəbəqədər təhsil”, “Layihə əsaslı öyrənmə”, “Rəqəmsal təhsil və süni intellekt”, “Texnologiyanın müəllimlərə dəstəyi” və digər mövzularda keçirilən panel müzakirələrində iştirak edərək, Azərbaycandakı təhsil sisteminə dair mövcud məlumatları təqdim edib, Fondun təhsil sahəsində həyata keçirdiyi layihələr və fəaliyyətləri haqqında ətraflı danışıb.

Sərgidə iştirakçılar arasında dünya səviyyəsində tanınmış təhsil mütəxəssisləri, texnologiya şirkətləri və innovativ startaplar yer alır.

 

 

 

 


 

Xəbər lenti