Bu gün Dövlət İmtahan Mərkəzində GRE General Test imtahanı keçirilib.
Tehsil.biz xəbər verir ki, imtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.
İmtahanda 1 nəfər iştirak edib.
İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesabları vasitəsilə 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti GRE General Test imtahanının 7 fevral 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: https://dim.gov.az/activities/exams/gre/