Logo

Bakalavriat və magistratura üzrə yeni təsnifat layihəsi hazırlanıb

22.10.2024 10:33 38 baxış
IMG

"Ali təhsilin həm bakalavriat, həm də magistratura səviyyəsi üzrə yeni təsnifat layihəsi üzərində işlər yeklunlaşıb". 

TƏHSİL.BİZ  xəbər verir ki, bunu Elm və Ali Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman “Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, layihənin son variantı Nazirlər Kabinetinə təqdim olunub.

"Müxtəlif qurumlar və ali təhsil müəssisələrindən gələn rəylər əsasında həm bakalavriat və ona bərabər tutulan baza tibb təhsili, həm də magistratura və ona bərabər olan tutulan rezidentura təhsil səviyyəsini vahid qərarda təsnifatlaşdırmağa çalışmışıq. Təsnifatda yeniliyin edilməsinin səbəbi ixtisas uyğunluğunun ali təhsilin bütün səviyyələrində təmin edilməsidir".

Xəbər lenti