Logo

AzTU-da DIRNA layihəsi çərçivəsində təlim keçirilib

22.10.2024 11:47 38 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+KA2” proqramının “Azərbaycanda institusional repozitoriyalar şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişafı” (DIRNA) layihəsi çərçivəsində təlim keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, "AzTU-da Rəqəmsal Repozitoriyasının təqdimatı və açıq istifadə imkanları” mövzusunda keçirilən təlim AzTU Kitabxana İnformasiya Mərkəzinin (KİM) direktoru Xəyalə Hacıyeva, KİM-in kitabxana sistemləri və rəqəmsallaşdırılması üzrə eksperti İltifat İbrahimovun təqdimatları əsasında təşkil edilib. 

İştirakçılar açıq elm, açıq əlyetərlilik anlayışları, beynəlxalq lisenziyalar, müəllif hüquqları, açıq nəşr imkanları, AzTU-nun açıq əlyetərlilik siyasəti, müəllif razılaşmaları haqqında ətraflı məlumatlandırılıb. İştirakçılar üçün həm də AzTU-nun rəqəmsal repozitariyası ilə tanışlıq, repozitariyaya resurs qəbulu qaydaları barədə təqdimat verilib.

Təlimdə habelə iştirakçılara AzTU KİM-in təmin etdiyi abunə bazaları, açıq əlyetərli bazalar haqqında məlumatlar da təqdim edilərək bazalar üzərindən ədəbiyyat axtarışı icra edilib və informasiya təminatı ilə bağlı auditoriya ətraflı məlumatlandırılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Xəbər lenti