Logo

Nazir: 2026-cı ilədək məktəbəqədər təhsil sahəsində müəllimlərin sertifikatlaşdırılması nəzərdə tutulur

04.12.2024 11:22 58 baxış
IMG

2026-cı ilədək məktəbəqədər təhsil sahəsində müəllimlərin sertifikatlaşdırılması nəzərdə tutulur.

TƏHSİL.BİZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” mövzusunda beynəlxalq konfransda deyib.

Nazir bildirib ki, məktəbəqədər təhsildə ən vacib məsələ bu sahədə mütəxəssislərin hazırlığıdır: “İlk dəfə olaraq məktəbəqədər təhsil müəssisələrində diaqnostika həyata keçirdik. Məqsədimiz 2014-2015-ci ildən başlayaraq məktəbəqədər təhsil müəssisələrində əvvəl diaqnostika, daha sonra sertifikasiya prosesinin həyata keçirilməsidir. Hazırda diaqnostik mərhələni həyata keçirdik”.

Xəbər lenti