25-29 noyabr 2024-cü il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi şurasının iclaslarında bir sıra laboratoriya və şöbələrin cari il üzrə hesabatları dinlənilib.
İSİ-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, iclaslarda institutun 24 laboratoriya, 4 şöbəsi və Gənc Alim və Mütəxəssislər Şurasının 2024-cü il üzrə hesabatları təqdim olunub. İnstitutun idarəetmənin nəzəri və tətbiqi problemləri, süni intellekt texnologiyaları və sosial-iqtisadi sistemlərin tədqiqi kimi əsas fəaliyyət istiqamətləri üzrə aparılan fundamental elmi tədqiqatlar, əldə olunan mühüm elmi nəticələr, son illərin bibliometrik göstəriciləri, alınmış patent və qrantlar barədə məlumat verilib. Həmçinin İSİ-nin təşkilatçılığı ilə cari ildə keçirilmiş beynəlxalq konfrans və seminarlar, respublika konfransları və elmi sessiyalar, elmi qurumlarla mövcud əməkdaşlıq əlaqələri haqqında hesabatlar diqqətə çatdırılıb.
Şura üzvləri tərəfindən hesabatlarla bağlı geniş müzakirə aparılıb, açıq səsvermə keçirilərək hesabatlar müsbət qiymətləndirilib.