Azərbaycanda səyyar formada məktəbəqədər təhsil xidməti göstəriləcək.
TƏHSİL.BİZ xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev məlumat verib.
O bildirib ki, bunun üçün təhsil avtobusları ayrılacaq.
"Bu avtobuslar ucqar kəndlərə gedərək, orada məktəbəqədər təhsil xidməti göstərəcək. Beləliklə, avtobuslar bir gün ərzində iki kənddə xidmət göstərmək iqtidarında olur. Bu yolla da biz daha çox uşağı məktəbəqədər təhsilə cəlb etməyi düşünürük".