Logo

“Dövləq qulluqçusunun xidməti fəaliyyətin qiymətləndirilməsi” mövzusunda təlim təşkil edilib

12.12.2024 10:24 31 baxış
IMG

2024-cü ilin 11 dekabr tarixində Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Gündüz Əhmədli tərəfindən “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları üçün təlim keçirilib.

 

Bu barədə TƏHSİL.BİZ-ə DİM-dən məlumat verilib.

Təlim zamanı iştirakçılara fəaliyyətin qiymətləndirilməsi anlayışı, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası, həmçinin həmin qaydada yer alan prosedurlar və düsturlar ətraflı şəkildə izah edilib. Eyni zamanda qiymətləndirilmə zamanı edilən səhvlər və problemlər barədə qarşılıqlı müzakirə aparılıb.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti