Logo

Arxeoloqlar Ulu Öndərin Azərbaycan elminə xüsusi önəm verməsindən danışıblar

12.12.2024 10:54 38 baxış
IMG

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları Ulu Öndərin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Bu barədə TƏHSİL.BİZ-ə institutdan məlumat verilib. Tədbirdə institutun direktoru dosent Fərhad Quliyev bildirib ki, xatirəsini dərin hörmətlə andığımız Heydər Əliyev hətta sovetlər dönəmində dünyanın iri dövlətlərinin siyasi dairələrində güclü siyasətçi və lider kimi tanınırdı. Onun 1993-cü ildə hakimiyyətə qayıdışı faktiki olaraq dövlətimizin dünya xəritəsindən silinməsinin qarşısını aldı. Dövlətimizin müstəqilliyi və qüdrətlənməsi istiqamətində Heydər Əliyevin başladığı böyük mücadilə yolunu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev davam etdirərək qələbələrə imza atdı.

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının Arxeologiya və Antropologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri dosent Bəxtiyar Cəlilov, professorlar Əsədulla Cəfərov, Hidayət Cəfərov və Qafar Cəbiyev, dosent Bəhlul İbrahimli çıxışlarında respublikamızın çətin günlərində Heydər Əliyevin xalqımızın tələbi ilə siyasi rəhbərliyə qayıdaraq dövlətimizi xaos və vətəndaş müharibəsindən xilas etdiyini, xalqın Ulu Öndərə olan dərin etimadını və sevgisini vurğulayıblar. Həmçinin tədbirdə Ulu Öndərin Azərbaycan elminə göstərdiyi diqqət və qayğıdan, arxeologiya sahəsinə xüsusi önəm verməsindən söz açılıb.

 

Xəbər lenti