Logo

Azərbaycanlı alim Oksford Universitetində onkoloji xəstəliklərlə bağlı tədqiqat aparır

12.12.2024 15:21 44 baxış
IMG

"Azərbaycanda magistr təhsili almış Gülnar Abdullayeva Oksford Universitetində “Onkologiya” ixtisası üzrə doktorantura təhsilini başa vurub. Oksford Universitetində təşkil olunan komissiyada G.Abdullayevanın fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən böyük uğurla keçib”.

Bu barədə TƏHSİL.BİZ -ə Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutundan məlumat verilib. 
Qeyd edilib ki, G.Abdullayeva 2019-2023-cü illərdə Oksford Universitetinin doktoranturasında təhsil alıb və universitetin Onkologiya departamentində nüfuzlu alim professor Valter Bodmerin laboratoriyasında tədqiqatlar həyata keçirib. 

O, kolorektal xərçəngdə hüceyrə diferensiasiyasının mexanizmlərini araşdırıb. G.Abdullayevanın apardığı tədqiqatların əsas məqsədi hüceyrə diferensiasiyasına səbəb olan yeni potensial amilləri müəyyən etmək olub. Gənc alimin tədqiqatları xərçəngin müəyyən növlərinin müalicəsinə kömək edəcək.

G.Abdullayeva hazırda Oksford Universitetində postdoktorantura tədqiqatlarını davam etdirir.
Qeyd edək ki, o, 2024-cü ildə elm sahəsi üzrə Gənclər üçün Prezident mükafatına layiq görülüb.


 

Xəbər lenti