Logo

İşğal dövründə Qarabağdakı çayların su ehtiyatları azalıb - Yeni elmi nəticələr

12.12.2024 15:27 40 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu iqlim dəyişmələrinin Kiçik Qafqazın şimal-şərq yamacı çaylarına təsiri ilə bağlı apardığı tədqiqat nəticəsində ərazi çaylarında illik axım həcminin 12-15% azaldığını və çaylarda rejim dəyişkənliyinin baş verdiyini müəyyən edib. 

İnstitutdan TƏHSİL.BİZ -ə verilən məlumata görə, elmi araşdırmalar “Azərbaycanın su ehtiyatlarının müasir vəziyyətinin və dağ çayların sülb axımının tədqiqi“ adlı tədqiqat çərçivəsində aparılıb. 

2021-2023-cü illər üzrə aparılmış araşdırmalar Qarabağ ərazisini əhatə edib.  Məlum olub ki, işğal dövründə müşahidə aparılmayan zaman ərazi çaylarının su ehtiyatları 2,13 km3 –dən 1,84 km3-ə qədər azalıb. Ərazidə iqlim dəyişmələrinin təsirindən orta çoxillik temperaturlar 1,1 dərəcə C  artıb və orta çoxillik yağıntılar 27 mm-ə qədər azalıb: 

“Qarabağ ərazi çaylarının işğal dövründə müşahidə aparılmayan çaylarının hidroloji su sərf sıraları bərpa edilib. Eyni zamanda, peyk məlumatlarından və QİS texnologiyasından istifadə etməklə Qarabağ ərazi çaylarının su ehtiyatlarını qiymətləndirmək üçün yeni Kompleks su balans metodu hazırlanıb”.

İnstitut apardığı digər araşdırma nəticəsində Böyük Qafqazın şimal-şərq yamacı çaylarını tədqiq edib. Nəticədə bu çaylarda illik axım həcminin 15-20%-nin azaldığı, eyni zamanda bu azalmanın illik maksimal su sərflərində də müşahidə edildiyi müəyyən olunub.


 

Xəbər lenti