Logo

“Məktəbəqədər təhsildə liderlik” proqramı davam edir

04.12.2024 10:19 70 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji İnkişaf Mərkəzi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) birgə təşəbbüsü ilə həyata keçirilən “Məktəbəqədər təhsildə liderlik” proqramı davam edir.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, “Məktəbəqədər təhsil müəssisələrinin idarə olunması və liderlik” modulu üzrə keçirilən ilk əyani təlim Bakı, Sumqayıt şəhərlərini və Abşeron rayonunu əhatə edib.

Təlim zamanı “İdarəetmənin əsas anlayışları”, “Liderlik anlayışı”, “Lider və rəhbərin müqayisəsi”, “İdarəetmə prosesləri”, “İnsan resurslarının idarə edilməsi” kimi mövzulara toxunulub. Qrup işləri, keys müzakirələri, sual-cavab sessiyaları kimi interaktiv metodların istifadə edildiyi təlimdə iştirakçıların nəzəri bilikləri ilə yanaşı, praktik bacarıqlarının da inkişafına şərait yaradılıb.

Qeyd edək ki, proqram çərçivəsində növbəti həftədən etibarən "Məktəbəqədər təhsil müəssisələrində daxili keyfiyyət sisteminin qurulması", "Təlim-tərbiyə prosesinin təşkili və idarə edilməsi", “Sağlamlıq, təhlükəsizlik və rifah” modulları üzrə əyani təlimlərin tədrisinə başlanılacaq.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20December%202024/436d2677-cbfe-438f-b7e5-453bdb30e28f_1733240397451847484_1200x630.jpg


 

Xəbər lenti