Logo

BDU-da “Diferensial və inteqral operatorlar” mövzusunda II respublika elmi konfransının açılış mərasimi olub

04.12.2024 10:20 81 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi Arif Babayevin 90 illik yubileyinə həsr olunmuş “Diferensial və inteqral operatorlar” mövzusunda II respublika elmi konfransının açılış mərasimi keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə çıxış edən elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov bildirib ki, professor Arif Babayev universitetin Riyazi analiz kafedrasının təşkilatçısı və rəhbəri olub, qısa müddət ərzində sinqulyar inteqral tənliklər və məxsusi inteqrallar sahəsində güclü elmi məktəb yaradıb. Bu məktəb keçmiş SSRİ-də dörd məktəbdən biri sayılırdı. Onun rəhbərliyi altında onlarla alim yetişib.

BDU-nun Mexanika-riyaziyyat fakültəsinin dekanı Ziyatxan Əliyev görkəmli alimin həyat yolu və zəngin elmi fəaliyyəti barədə məlumat verib. Diqqətə çatdırıb ki, Arif Babayev 1934-cü il noyabrın 11-də anadan olub, BDU-nun Fizika-riyaziyyat fakültəsini bitirib. 1960-cı ildə fəlsəfə doktorluğu, 1966-cı ildə elmlər doktorluğu dissertasiyasını müdafiə edib, 1976-cı ildə AMEA-nın müxbir üzvü seçilib. O, BDU-nun Mexanika-riyaziyyat fakültəsində müəllim, dosent, professor, kafedra müdiri, dekan (1979-1994) vəzifələrində çalışıb.

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru professor Misir Mərdanov, Riyazi analiz kafedrasının professoru Sadiq Abdullayev, Faydalı qazıntılar kafedrasının müdiri akademik Vasif Babazadə, Riyazi fizika tənlikləri kafedrasının müdiri akademik Yusif Məmmədov, BDU-nun nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Vaqif Quliyev, Arif Babayevin qızı Nigar Novruzova çıxışlarında görkəmli alimin elmi və pedaqoji fəaliyyətindən bəhs edib, onun riyaziyyatın böyük bilicisi, təbliğatçısı və təşkilatçısı olduğunu bildiriblər.

Konfransda görkəmli alimin elmi irsi haqqında müzakirələr aparılacaq, riyaziyyatın müasir problemləri, bu sahədə yeni tədqiqatlar təqdim ediləcək.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20December%202024/69cf5196-dc64-4aac-8a3d-a237c126b1d9_17332369462203454157_1200x630.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20December%202024/fe3d2aa5-936b-4a1f-bda0-4261f7fb5fff_17332369463338663422_1200x630.jpg

 

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20December%202024/dd78fbd2-fedc-428d-a981-197c1bc87935_17332369463986536830_1200x630.jpg

 

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/04%20December%202024/1c491c89-ff7d-4c95-835d-7ca7dbeea450_17332369465820559458_1200x630.jpg

 

 

 


 

Xəbər lenti