Logo

İxtisasların yeni təsnifatı diplomların tanınmasına necə təsir edəcək? - AÇIQLAMA

04.12.2024 10:51 77 baxış
IMG

Yeni ixtisasların təsnifatının təsdiqlənməsi ilə xarici ölkələrdə alınan diplomların tanınması ilə bağlı bəzi problemlər də aradan qalxacaq.

Xarici ali təhsil müəssisələrində müəyyən ixtisaslar var ki, bu ixtisaslar Azərbaycanda mövcud olmadığı üçün həmin ali təhsil müəssisələrinin məzunlarının diplomu ölkəmizdə tanınmırdı. Belə ixtisaslara “Data analitikası”, “Kənd təsərrüfatı texnologiyaları”, “Heyvandarlıq”, “Qidalanma və diyetologiya”, “Proqram təminatı mühəndisliyi” və “Qida texnologiyaları” aiddir. Lakin artıq adları sadalanan ixtisaslar yeni təhsil proqramlarına əlavə edilib. Belə olan halda həmin məzunların da diplomlarının Azərbaycanda tanınması mümkün olacaq?

TƏHSİL.BİZ -in bu mövzuda suallarını elm və təhsil nazirinin müavini İdris İsayev cavablandırıb.

Nazir müavini qeyd edib ki, əvvəllər xarici diplomların tanınması ilə bağlı sistem ya həmin kvalifikasiyanı tanıyırdı, ya da ondan imtina edilirdi. Lakin yeni təsdiq edilmiş qaydalara əsasən, artıq tanıma növləri - şərti, alternativ və qismən tanınma mövcuddur. O bildirib: “Əvvəllər xarici ölkələrdə alınan kvalifikasiyanın uyğunlaşdırılması ilə bağlı problemlər mövcud idi. Düşünürəm ki, yeni ixtisasların təsnifatının təsdiqlənməsi bu problemlərin bir hissəsini aradan qaldıracaq”.

Xəbər lenti