Logo

Emin Əmrullayev: 2026-cı ilin sentyabrında 100 min əlavə məktəbəqədər yerin açılması nəzərdə tutulur

04.12.2024 11:33 60 baxış
IMG

Hər il 20 min uşaq bu model vasitəsilə təhsilə cəlb olunur.

TƏHSİL.BİZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı beynəlxalq konfransda deyib.

O bildirib ki, 2017-2018-ci ildən icmaəsaslı məktəbəqədər təhsil modelinin tətbiqinə başlanılıb. Nazir icmaəsaslı məktəbəqədər təhsil qruplarında uşaqların 4-5, bəzi hallarda 3-4 yaş arasında olduqlarını qeyd edib.

Emin Əmrullayev qeyd edib ki, 2026-cı ilin sentyabrında 100 min əlavə məktəbəqədər yerin açılması nəzərdə tutulur. İşğaldan azad olunan ərazilərdə açılan yeni məktəbəqədər təhsil müəssisələri də bu sayın artmasına kömək edəcək.

Xəbər lenti