Logo

BANM-də Prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüş olub

21.10.2024 14:17 54 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov 2024/2025-ci tədris ilində BANM-ə qəbul olunmuş və Prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüşüb.

BANM-dən TƏHSİL.BİZ -ə bildirilib ki, rektor 33 tələbənin hər biri ilə qürur duyduğunu deyib, onların gələcək akademik və peşəkar karyeralarında uğurlar arzulayıb.

Qeyd olunub ki, BANM Prezident təqaüdçülərinin sayına görə bu il də birincidir. Təqaüdçülərin üçdəbirini ali məktəbin tələbələri təşkil edir. Rektor Bakı Ali Neft Məktəbinin 5-ci dəfədir ki, Prezident təqaüdçülərinin sayına görə ölkənin ali təhsil müəssisələri arasında lider olduğunu vurğulayaraq bununla fəxr etdiyini bildirib.

Xəbər lenti