Logo

“Mütaliə ruhu” adlı respublika yaradıcılıq müsabiqəsi elan olunub

21.10.2024 14:36 52 baxış
IMG

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kitab mütaliəsinə rəng qatan illüstrasiya ənənəsini unudurmamaq məqsədilə uşaq, yeniyetmə və gənclər arasında “Mütaliə ruhu” adlı respublika yaradıcılıq müsabiqəsi elan olunub.

Müsabiqə Mədəniyyət, Elm və Təhsil nazirliklərinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Xətai Sənət Mərkəzindən TƏHSİL.BİZ -ə bildirilib ki, iştirakçılar uşaq və xalq ədəbiyyatı, müəllif əsərləri, həmçinin təbiət və məişət mövzulu ədəbiyyat nümunələrində bəhs olunan hər hansı bir səhnə və epizodları xarakterizə etdirən illüstrasiya və ya miniatür təsvirlərlə müsabiqəyə qoşula bilər.

Müsabiqəyə ən çoxu 2 əsər göndərmək olar. Sonda münsiflər tərəfindən seçilmiş 100 əsər sərgilənəcək. Sərgidən seçilən ən yaxşı 20 əsər Xətai Sənət Mərkəzinin daimi ekspozisiyasında 2 həftə nümayiş olunacaq.

Sərgilənən əsərlərin müəlliflərinə sertifikat, fəal məktəblərə təşəkkürnamə təqdim ediləcək.

Əsərlər dekabrın 10-dək [email protected] ünvanına göndərilməlidir. Əlavə məlumat üçün 051-310-74-01 vatçap nömrəsinə yazaraq cavab almaq olar.

Xəbər lenti