Logo

BDU-nun tələbələri “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüblər

21.10.2024 14:41 54 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının hüquqşünaslıq ixtisasının III kurs tələbələri Rafət Qaraşlı, Camal Əzimov, Nicat Vəliyev, Murad Əsgərov, Tural Dəmirov, IV kurs tələbələri Xədicə Bəşirzadə, İsmayıl İsmayılov, Ziyəddin İsmayılov, Aytən Məmmədova, Fidan Məmmədzadə “PAŞA Holding”in “Əlaçı” təqaüd proqramının qalibi olublar.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, 2024-2025-ci tədris ilini əhatə edən təqaüd proqramı çərçivəsində tələbələr şəxsi və karyera inkişafı üzrə təlim proqramları, karyera məsləhətləri və mentorluq, şəbəkələşmə fəaliyyətlərinə cəlb olunacaqlar.

Xəbər lenti