Bakı Mühəndislik Universitetinin (BMU) Avtomatika, telekommunikasiya və energetika kafedrasının professoru, texnika elmləri doktoru İslam İslamov Ankarada Türk Mühəndislər Dərnəyinin təşkilatçılığı ilə keçirilən Türk Dünyası Beynəlxalq Mühəndislik Zirvəsində iştirak edib.
BMU-dan TƏHSİL.BİZ-ə bildirilib ki, İslam İslamov sammitdə “Azərbaycanın ali təhsil müəssisələrində mühəndis hazırlığının vəziyyəti və inkişaf perspektivləri” mövzusunda məruzə edib. Məruzədə BMU-nun timsalında Azərbaycanın ali məktəblərində yüksəkixtisaslı mühəndis kadrların hazırlanmasından bəhs olunub. BMU professoruna Təşkilat Komitəsi adından mükafatlar təqdim edilib.