Logo

AzMİU-da ingilis dilini təkmilləşdirmək istəyən tələbələrə şad xəbər

18.10.2024 11:19 26 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əcnəbi dillər kafedrası tərəfindən “Danışıq Klubu” fəaliyyətə başlayıb. 

Bu barədə TƏHSİL.BİZ - ə universitetdən məlumat verilib.

Hər həftənin dördüncü günü saat 14:00-da təşkil olunacaq təlimlər kafedranın baş müəllimi Elnurə Rəfiyeva tərəfindən aparılacaq. Bundan əlavə, təlimə ayda bir dəfə olmaqla native speaker rəhbərlik edəcək.

Bildirək ki, “Danışıq klubu” iştirakçılar arasında ingilis dilində mənalı dialoq yaratmaq, ünsiyyətdə olan boşluqları aradan qaldırmaq üçün nəzərdə tutulub. Mehriban atmosferdə keçiriləcək təlimlər tələbələrimizdə ünsiyyət bacarıqlarını inkişaf etdirəcək, eyni zamanda ingilis dilində nitqlərini təkmilləşdirmək üçün platform rolunu oynayacaq.

 

Xəbər lenti